Etalon vaxt

/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Fəaliyyət istiqamətləri

  • Dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi;
  • İlkin kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi;
  • Kəmiyyət vahidinin ötürülməsi ilə yanaşı, təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin yoxlanılması və yoxlamanın nəticələrindən asılı olaraq müvafiq sənədlərin verilməsi;
  • Ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi;
  • Ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və tipi təsdiq edilmiş ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməsi;
  • Ölçmə metodikalarının (metodlarının) attestasiya edilməsi;
  • Beynəlxalq və regional metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
  • Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun aparılması;
  • Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq və s.