Etalon vaxt

/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ön Söz

Ön Söz
Ön Söz
Ön Söz
Ön Söz
Ön Söz
Ön Söz

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən, ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır.

İnstitut metroloji xidmət sahəsində 50 ildən artıq iş təcrübəsinə, ən müasir texniki imkanlara və 257 nəfər yüksək səviyyəli kadr potensialına malikdir. İnstitut müasir üslubda tikilmiş yeni binada yerləşir. Hazırda İnstitutun binasında dövlət kəmiyyət vahidi etalonlarının saxlanıldığı 8 etalon laboratoriya və ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən digər 9 laboratoriya fəaliyyət göstərir. İnstitut Azərbaycan Respublikasının dövlət etalonlarının saxlayıcısıdır. İnstitut kəmiyyət vahidlərinin ilkin dövlət etalonlarından kəmiyyət vahidi etalonlarına ötürməklə yanaşı, ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini həyata keçirir. Institutun Qanunverici metrologiya şöbəsi standart nümunə və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi,həmçinin dövlətlərarası saziş əsasında yoxlıanılma və sınaq nəticələrinin tanınması ilə standart nümunə və ölçmə vasitələrinin tipinin təsdiqi, tipi təsdiq edilmiş standart nümunə və ölçmə vasitələrinin Dövlət Reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirir.

İnstitutun Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq səviyyədə tanınmışdır. Hazırda İnstitut tərəfindən verilən  kalibrləmə sertifikatları ölçmə və kalibrlənmə nəticələrinin qarşılıqlı tanınması Sazişi (CIPM MRA) əsasında dünyanın bu sazişi imzalamış  100-dən çox ölkəsi tərəfindən beynəlxalq səviyyədə tanınır.

Qeyd etmək lazımdır ki, İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin İSO/İEC 17025:2017 (AZS İSO/İEC 17025:2020) beynəlxalq standartının tələblərinə uyğunluğu beynəlxalq ekspertlər qrupu tərəfindən qiymətləndirilmiş və bu barədə müvafiq təsdiqedici sənəd-ölkələrin Milli Metrologiya İnstitutlarına xas R tip sertifikat təqdim edilmişdir.

Ümumiyyətlə, Azərbaycan Metrologiya İnstitutunun Keyfiyyəti İdarəetmə Sisteminin Beynəlxalq səviyyədə tanınması, ölkəmizin  metrologiya sahəsində əldə etdiyi böyük nailiyyətdir.

Azərbaycan Metrologiya İnstitutu Azərbaycan Respublikasının üzv olduğu iki beynəlxalq (Çəkilər və Ölçülər üzrə Baş Konfrans, Qanunverici Metrologiyanın Beynəlxalq Təşkilatı) və üç regional (KOOMET, MQS, SMİİC) metrologiya təşkilatlarında ölkəmizi təmsil edir. İnstitutun əməkdaşları Almaniya, Çexiya, Türkiyə, Cənubi Koreya, Avstriya, Fransa, Rusiya, Ukrayna və Belorusun Milli metrologiya institutlarında uzunmüddətli təlimlər keçmiş və müvafiq beynəlxalq sertifikatlar əldə etmişlər.

Azərbaycan Metrologiya İnstitutunun Bakı şəhərindən əlavə, respublikamızın beş bölgəsində müvafiq metroloji təminatlı və ixtisaslı kadrlara malik Ərazi İdarələri fəaliyyət göstərir. Yaxın gələcəkdə İnstitutda maye sərfi, qaz sərfi, həcm, uzunluq, qüvvə, nəmlik, akustika, fotometriya, kolorimetriya və s. kimi dövlət kəmiyyət vahidlərinin  yeni etalon laboratoriyalarının sayı 27-yə çatdırılması nəzərdə tutulmuşdur.

Əsas hədəfimiz ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edərək Azərbaycan Respublikasının  ərazisində aparılan bütün ölçmələrin tələb olunan dəqiqliyini təmin etməkdir, çünki dəqiq ölçmələr – keyfiyyətin, dünya bazarında məhsulların rəqabətədavamlılığının və təhlükəsizliyinin əsasıdır. İqtisadiyyatda əsas fəaliyyət növlərindən biri əmtəələrin alqı-satqısı və ya dəyişdirilməsi olduğundan, geniş çeşiddə iqtisadi əmtəələrin müqayisəsi (o cümlədən pul nisbəti) üçün dəqiq ölçmələrin geniş sahəsi yaranır. Bu baxımdan iqtisadi ölçülər məhsulların və istehsal ehtiyatlarının həcmini, strukturunu və dəyərini xarakterizə edən pul göstəricilərinin, habelə iqtisadi dövriyyənin digər obyektlərinin - qiymətli kağızların, mülkiyyət hüquqlarının və s.-nin geniş tətbiqi ilə xarakterizə olunur.