Dövlət etalonları ilə kütlə, tempratur, təzyiq, sıxlıq xidməti təmin edirik
Ölçmə vasitələrinin yoxlanması - ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur;
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.
Yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi yararlı sayılırsa, onun üzərinə və ya texniki sənədlərinə yoxlama nişanı vurulur və “Yoxlama haqqında şəhadətnamə” təqdim olunur.
Göstərilən platformalarda paylaş: