Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndə heyəti “Gəncə Cihazqayırma Zavodu”nda olublar
06.04.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndə heyəti “Gəncə Cihazqayırma Zavodu”nda olublar.
Görüş zamanı heyət qaz və su sayğaclarının istehsal prosesinə baxış keçirib, istehsal zamanı ölçmə vasitələrinin nisbi xəta normalarının müəyyənləşdirilməsi qaydası ilə tanış olublar. Həmçinin AzMİ-nin ixtisaslı əməkdaşları tərəfindən Zavodda metroloji təminat sisteminin təşkili və funksionallığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Zavodun məsul şəxsləri ilə burada istehsal olunan cihazların laboratoriya və istismar sınaqları müzakirə edilib, su və qaz sayğaclarının kalibrlənmə stendlərinin fəaliyyət xüsusiyyətləri barədə məlumatlar dinlənilib.
Sonda AzMİ-nin idarəetməsinə verilmiş “Qaz sayğaclarının müayinəsi laboratoriyası”nda müvafiq cihazların yoxlanılması prosesinin əlaqələndirilməsi və səmərəliliyin artırılması istiqamətində əməkdaşlıq layihələri barədə müzakirələr aparılıb
Göstərilən platformalarda paylaş: